08 avqust 2022-ci il

İnstitut əməkdaşlarının təqdim etdiyi “Universal yemxırdalayan qurğu”suna Rusiya Federasiyasından Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə federal Qulluq (ROSPATENT) qurumundan ixtiraya patent alınmışdır (RF № 2776311).

Daha ətraflı »

26 iyun 2022-ci il

“Aqromexanika” ETİ-nun dissertantı Salmanov Babək Zakir oğlu “Yerli bitki yağlarından istifadə etməklə üzlü süd əvəzedicisinin səmərəli texnologiyasının və qurğusunun işlənməsi” adlı mövzusu üzrə dissertasiya işini müvəffəqiyyətlə yerinə yetirmişdir.

Daha ətraflı »

24 iyun 2022-ci il

24 iyun 2022-ci il tarixində “Aqrar İnnovasiya Festivalı”nın növbəti nümayişi Ağstafa Aqrar Sənaye Kompleksində keçirilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən festivalda Elmi-Tədqiqat İnstitutlarının mütəxəssisləri, alimlər, fermerlər, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, aqrar sahədə fəaliyyət göstərən yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

Daha ətraflı »

04 iyun 2022-ci il

“Aqromexanika” ETİ-nun ”İnformasiya təminatı, patent və texniki vasitələr” laboratoriyasının əməkdaşları tərəfindən layihələndirilərək hazırlanmış “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”nun ilkin sınağı Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə bağlanmış birgə əməkdaşlıq müqaviləsi əsasında “Tut ipəkqurdu” laboratoriyasında yerinə yetirilmişdir. Nəticələr qənaətbəxş, qrenanın dirilmə isə 98,5 %-ən yüksək olmuşdur.

Daha ətraflı »

23 may 2022-ci il

18-20 may tarixində Bakı Ekspo Mərkəzində 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2022” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan) sərgisi keçirilmişdir.

Daha ətraflı »

İpəkqurdu yumurtasının inkubasiya qurğusu

29.04.2022-ci il İnstitutun əməkdaşları tərəfindən layihələndirilərək hazırlanmış “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”nun ilkin sınağı Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ilə bağlanmış birgə əməkdaşlıq müqaviləsi əsasında “Tut ipəkqurdu” laboratoriyasında yerinə yetirilmişdir. İpəkqurdu yumurtasının (qrenanın) adi şəraitdə inkubasiyasından fərqli olaraq, qurğuda inkubasiya üçün tələb olunan rejimlər; temperatur, rütubət, işıqlandırma və havalandırma əvvəlcədən verilmiş tapşırığa uyğun olaraq avtomatik tənzimlənir. Beləki, soyuducudan (4°C) götürülmüş qrenanı qurğuda …

Daha ətraflı »

26 aprel 2022-ci il

Azərbaycan Dövlət Aqrar Universitetinin əyani təhsil formasının “Aqromühəndislik” ixtisası üzrə azərbaycan və rus bölmələrinin bir qrup IV kurs tələbələri artıq iki aya yaxındır ki, institutda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsi may ayının 24-nə qədər davam edəcəkdir. Tələbələrin institutda aparılan elmi işlərlə, hazırlanmış təcrübi qurğularla, elmi-tədqiqatın aparılma metodikası və s. ilə yaxından tanış olmaları nəzərdə tutulmuşdur. İstehsalat təcrübəsi institutun laboratoriyalarında qrafik …

Daha ətraflı »

07 aprel 2022-ci il

06-07.04.2022-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan arasında Tərəfdaşlıq Proqramının (FATP) və Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə təşkil etdiyi “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanığlılığın sürətləndirilməsi” mövzusu çərçivəsində “Fındıq dəyər zənciri, emalı və enerji isifadəsi” mövzusu üzrə texniki seminar keçirilmişdir.

Daha ətraflı »