13 iyul 2023-cü il

13 iyul 2023-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

Gündəlik məsələlər:

  1. İnstitutun 2023-cü il üçün mövzu planı üzrə yarımillik qısa elmi hesabatların müzakirəsi.
  2. Müxtəlif məsələlər.

İnstitutda 1 istiqamət, 2 problem üzrə 9 elmi-tədqiqat işi aparılır.

  1. Dinlənildi: ”Bitkiçiliyin mexanikləşdirilməsi “ laboratoriyasının müdiri t.f.d.,dosent E.M.Nağıyevin, “Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının müdiri t.f.d.,dosent S.Y.Sadıxovun, “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d.,dosent E.A.Paşayevin, “Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyasının müdiri H.Bağırovun, “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının  müdiri t.f.d.,dosent İ.M.Hacıyevin, “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının müdiri Z.V.Quliyevin, “İnformasiya təminatı, patent və texniki vasitələr” laboratoriyasının müdiri X.Ə.Məmmədovun və  “Örtülü torpaqlarda texnoloji proseslərin avtomatlaşdırılması” laboratoriyasının müdiri əvəzi F.F.Səddinovun  mərhələ  üzrə hesabatları dinlənildi.

Çıxışlar: İnstitutun elmi işlər üzrə müavin əvəzi X.Məmmədov, laboratoriya müdirləri: dos. İ.Hacıyev, dos. E.Paşayev, dos. E.Nağıyev, Z.Quliyev çıxış edərək hesabat dövründə elmi mövzuların yerinə yetirilməsi zamanı üzləşdikləri çətinliklər və onların aradan qaldırılması yolları haqqında fikir mübadiləsi apardılar.

Daha sonra Şuranın sədri K.Fətəliyev hər bir laboratoriyada ötən 6 ay ərzində görülmüş işlərə öz münasibətini bildirərək, mövzu rəhbərini məsuliyyətli olmağı, verılmiş tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməyi tapşırdı.

           Qərar:

2023-cü ilin I yarımilliyi üzrə aşağıdakı laboratoriyaların hesabatları qənaətbaxş hesab edilərək qəbul edilsin.