16 aprel 2024-cü il

Qazax rayonu “Qazax Olimpiya İdman Kompleksi”nin ərazisində Aqrar Biznes Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə keçirilən festivalda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından olan fermerlər iştirak edib. Aqrar İnnovasiya Festivalında “Aqromexanika” ETİ-da iştirak etmişdir. İnstitutun elmi işlər üzrə direktor …

Daha ətraflı »

04 aprel 2024-cü il

İnstitut əməkdaşları tərəfindən layihələndirilərək hazırlanmış  “Badamı qərzəkdən təmizləyən qurğu”ya  Rusiya Federasiyası Əqli Mülkiyyət üzrə Federal Xidmətinin “Federal Sənaye Mülkiyyəti İnstitutu” (ФИПС) qurumundan ixtiraya patent alınmışdır (RF № 2 815 580). Qurğunun yaxın gələcəkdə institutumuzla “Sabunçu Elm – İstehsalat” MMC arasında bağlanmış “Birgə əməkdaşlıq müqaviləsi”nə əsasən partiya şəklində hazırlanması nəzərdə tutulur.    

Daha ətraflı »

27 fevral 2024-cü il

27 fevral 2024-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR: 1. İnstitutun 2024–cü il mövzu planı üzrə proqram və metodikalarının müzakirəsi2. İnstitutun laboratoriyalar üzrə 2024-cü il üçün fəaliyyət planının müzakirəsi3. Aqrar Xidmətlər Agentliyi Təlim Mərkəzi və “ Aqromexanika” ETİ-nin birgəəməkdaşlığı ilə keçiriləcək təlimlərdə laboratoriyalar üzrə təlim mövzuları və təlimçilərhaqqında4. Müxtəlif məsələlər1.Dinlənildi: Birinci məsələ üzrə laboratoriya müdirləri çıxış …

Daha ətraflı »

20 dekabr 2023-cü il

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin (AİM) birgə təşkilatçılığı ilə Gəncədə “Aqrar İnnovasiya və Startaplar Forumu” keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə …

Daha ətraflı »

23 noyabr 2023-cü il

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonu ”Tovuz Aqrokompleks” MMC-nin ərazisində növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.

Daha ətraflı »

15 sentyabr 2023-cü il

“Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda Şəmkir rayonunda “Tarla seminarı” keçirilmişdir. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), “Azərşəkər” MMC və “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, elmi-tədqiqat institutlarının nümayəndələri,  fermerlər və KİV nümayəndələri iştirak ediblər.

Daha ətraflı »

25 avqust 2023-cü il

Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar İnnovasiya Mərkəzi”nin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilmişdir. “Ağstafa Aqrar Sənaye Kompleksi”nin ərazisində təşkil edilən festival çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası təşkil olunub. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında Ağstafa, Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından toxum …

Daha ətraflı »