19 fevral 2025-ci il

Respublika Kənd Təsərrüfatı Nazirliyi Aqrar Xidmətlər Agentliyi, Aqrar Təlim Mərkəzinin göstərişi ilə “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, t.f.d., dos. Elburus Paşayev və Hüseyn Qurbanov 19.02.2025-20.02.2025 tarixlərində Tovuz rayonu, “Aqrar Təlim Mərkəzində” ətraf rayonların fermerlərinə, “İnnovativ texnologiyalar və aqrar sahənin kompleks mexanikləşdirilməsi” mövzusu çərçivəsində təlim keçmişlər. Təlim maraqla dinlənilmiş, fermerləri maraqlandıran suallar cavablandırılmışdır.

Təlimdən foto görüntüləri təqdim edirik: