Mirzəyeva Amaliya Cahangir qızı

- 1942-ci il may ayının 16-da Gəncə şəhərində anadan olmuşdur.
- 1967-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) ”Kənd təsərrüfatının mexanikləşdirilməsi” fakultəsini bitirmişdir.
- 1968-ci ildən 1971-ci ilə qədər Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının mexanikləşdirilməsi və elektrikləşdirilməsi institutunda mühəndis-konstruktor, kiçik və böyük elmi işçi vəzifələrində işləmişdir.
- 1971-74-cü illərdə institutun aspiranturasında əyani təhsil almışdır.
- 1974-cü ildən 1983-cü ilədək institutda müxtəlif vəzifələrdə çalışmışdır.
- 1983-cü ildən hal-hazırki vaxta qədər institutda elmi katib vəzifəsində çalışır.
- 40-a yaxın elmi məqalənin, 6 ixtiranın, 8 səmərələşdirici təklifin müəllifidir.