Nuriyev Novruz Məmməd oğlu – elmi işlər üzrə direktorun müavini, t.f.d.,

- 01 aprel 1940-cı ildə Qazax rayonunun Sadıxlı kəndində fəhlə ailəsində anadan olmuşdur.
- 1964-cü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) “Mühəndislik” fakultəsini bitirmiş və Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutuna təyinat almışdır.
- 1967-70-ci illərdə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun əyani aspirantı olmuşdur.
- 1973-cü ildə texnika elmləri namizədi alimlik dərəcəsi, 1979-cu ildə isə böyük elmi işçi diplomunu almışdır.
- 1975-ci ildə “Heyvandarlığın elektromexanikləşdirilməsi” laboratoriyasının müdiri vəzifəsinə təyin edilmişdir.
- 1980-cı ildən 1994-cü ilədək SSRİ Su Təsərrüfatı Naziliyinin “Azərsu çəkilişi tikintisi” birliyində zavod direktoru və Sənaye Kombinatında direktor vəzifəsində çalışmışdır.
- 1995-ci ildən 1999-cu ilədək Samux rayon “Aqrosənaye” kombinatında rəis müavini vəzifəsində çalışmışdır.
- 1999-cu ildə “Aqromexanika” EİM “Heyvandarlıq məhsulları emalının texnoloji maşınları” laboratoriyasına müdir təyin edilmişdir.
- 2002-ci ildən 2007-ci ilədəkGRAEM-nə (Gəncə Regionl Aqrar Elm Mərkəzi) elmi işlər üzrə direktor müavini işləmişdir.
- 2007-2014-cü illərdə “Aqromexanika” ETİ-nun “Heyvandarlığın elektromexanikləşdirilməsi və avtomatlaşdırılması” şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
- 2014-cü ildən hal-hazırki vaxta qədər İnstitutda direktorun elmi işlər üzrə müavini vəzifəsində çalışır.
- 100-dən çox elmi əsərin, o cümlədən 6 ədəd tövsiyyənin, 6 ixtiranın, 7 səmərələşdirici təklifin, kitab və normativ sənədlərin müəllifidir.
- 2015-ci ildə Gəncə Şəhər İcra Hakimiyyətinin fəxri fərmanına layiq görülmüşdür.
- 2001-ci ildən YAP-ın üzvüdür, ailəlidir, 4 övladı, 9 nəvəsi vardır.