Beynəlxalq əlaqələr

İnstitutun bütün şöbə və laboratoriyaları mərkəzləşmiş sürətliinternet şəbəkəsinə qoşularaq vaxtaşırı öz fəaliyyət dairəsinə aid olan “Aqromexanika” sahəsində dünya elminin nailiyyətlərini və qabaqcıl təcrübəni öyrənir, təhlil edir, ümumiləşdirir, sınaqdan keçirir və tətbiq edilməsi üçün təkliflər hazırlayır! Mütəmadi olaraq beynəlxalq səviyyədə keçirilən elmi konfranslarda, seminar və müşavirələrdə məruzələrlə çıxışlar olunur, elmi məqalələr dərc edilir.

Hal-hazırda institut Ümumrusiya Kənd Təsərrüfatı Maşınqayırma İnstitutu (BИCXOM), Ümumrusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutu (BИM), Ümumrusiya Kənd Təsərrüfatının Elektrikəşdirilməsi İnstitutu (BИЭСХ) Moskva Kənd Təsərrüfatı Mühəndisləri İnstitutu (MИИСП) Ümumrusiya Elmi-Tədqiqat Texnoloji İnstitutu (Гос.НИИТИ),Belarusiya Milli Elmlər Akademiyası Kənd Təsərrüfatının Mexanikləşdirilməsi üzrə Elmi-Praktik Mərkəz, Gürcüstan ETKT-nın Mexanikləşdirilməsi və BMT-nin FAO təşkilatı ilə elmi yaradıcılıq əməkdaşlığını davam etdirir.