28 dekabr 2024-cü il

28 dekabr 2024-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

Gündəlik məsələlər:

  1. İnstitutun 2024-cü il üzrə elmi hesabatların müzakirəsi.
    Məruzəçilər: Nağıyev E.M.; Paşayev E.A.; Babayev Ş.M.; Bağırov H.S.; Rzayev V.H.; Hacıyev İ.M.; Quliyev Z.V.
  2. Müxtəlif məsələlər.

Birinci məsələ üzrə:

Dinlənildi: “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d., dos. E.M. Nağıyevin “Enerji və resurs qoruyucu texnologiyalar və texniki vasitələrdən istifadə etməklə respublikanın heyvandarlıq təsərrüfatları üçün qaba yemlərin tədarükü məqsədi ilə maşınlar kompleksinin müəyyən edilməsi və təkmilləşdirilməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., Bağırov H.S. verib.

Qərara alındı:

“Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının hesabatı qəbul edilsin.

Dinlənildi: “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d., dos. Paşayev E.A. “Badam meyvə bağlarının salınma sxemindən asılı olaraq cərgəarası becərmə aqreqatlarının konstruktiv və texnoloji parametrlərinin təhlili və məhsulun ilkin emalı” mövzusu üzrə hesabatı.
Hesabata rəyi  t.f.d., dos. Hacıyev İ.M. verib.

Qərara alındı:

Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının hesabatı qəbul edilsin.

Dinlənildi: “Bitki mühafizəsində innovativ texnologiyalar” laboratoriyasının müdiri t.e.d., prof. Babayev Ş.M. “Sistemli şəkildə torpaq, səpin materialı və bitkilərin zərərverici, xəstəliklərdən mühafizəsi üçün innovativ texnologiyaların və texniki vasitələrin işlənib hazırlanması və tədqiqi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dos Mehdiyev M. P. verib.

Qərara alındı:

“Bitki mühafizəsində innovativ texnologiyalar” laboratoriyasının hesabatı qəbul edilsin.

Dinlənildi: “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasının müdiri t.f.d. Bağırov H.S. “İstixana şəraitində tərəvəz bitkilərinin yetişdirilməsində innovativ texnologiyaların tədqiqi və tətbiqi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.e.d., prof. Babayev Ş.M.  verib.

Qərara alındı:

“Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasının hesabatı qəbul edilsin.

Dinlənildi: “Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının müdiri Rzayev V.H. “ Respublikanın Gəncə – Daşkəsən iqtisadi rayonlarında əkin sahələrindən asılı olaraq kənd təsərrüfatı texnikalarının səmərəli istifadə üsullarının işlənib hazırlanması” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dos Paşayev E.A. verib.

Qərara alındı:

“Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının hesabatı qəbul edilsin.

Dinlənildi: “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının müdiri t.f.d., dos. Hacıyev İ.M. “Kəndli-fermer təsərrüfatlarında yemin dən komponentinin emalının enerjiqoruyucu texnologiyasını elmi cəhətdən əsaslandırılması və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dos. Nağıyev E.M. verib.

Qərara alındı:

“Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının hesabatı qəbul edilsin.

Dinlənildi: “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının müdiri b.e.i. Quliyev Z.V. “Kiçik istehsal həcmli südlük maldarlıq təsərrüfatlarında emal prosesləri üçün innovativ texnologiyaların və texniki vasitələrin əsaslandırılması və işlənməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.e.d., prof. Babayev Ş.M.verib.

Qərara alındı:

“Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması”      laboratoriyasının hesabatı qəbul edilsin.

İclasdan foto görüntüləri diqqətinizə çatdırırıq: