21 iyun 2025-ci il

“Aqrar İnnovasiya Mərkəzi” tərəfindən təşkil olunan “Aqrar Biznes Festivalı” və  “II Ərik Festivalı” 21 iyun 2025-ci il tarixində Samux rayonunda keçirilmişdir.

Festivalda Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, ali təhsil müəssisələrinin rəhbərləri, yerli və xarici iş adamları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aqrar Biznes Festivalında kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, gübrə, toxum və dərmanlar nümayiş olunub. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bildirib ki, festivalın keçirilməsində məqsəd fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, destinasiyanın aqroturizm potensialını canlandırmaq, ərik məhsulunun Samux rayonu üçün brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərməkdir.

Festivalda institutumuzun bir qrup əməkdaşları iştirak etmişdir.

Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, onlara tövsiyələr və bukletlər təqdim olunmuşdur.

Festivaldan foto görüntüləri diqqətinizə çatdırırıq: