8 iyun 2024-cü il

“Aqrar İnnovasiya Mərkəzi” tərəfindən təşkil olunan “Aqrar Biznes Festivalı” və ilk “Ərik Festivalı” 8 iyun 2024-cü il tarixində Samux rayonunda keçirilmişdir. Festivalın keçirilməsində əsas məqsəd regionların təbliği, mədəni və iqtisadi potensialın nümayişi və turizmin inkişaf etdirilməsidir. Festivalda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri, millət vəkilləri,bir neçə ali təhsil müəssisələrinin rəhbərləri, türk dilli dövlətlərin …

Daha ətraflı »

30 may 2024-cü il

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı “Karyera Sərgisi-2024” keçirilib. Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov hər il ənənəvi olaraq keçirilən karyera sərgilərinin əhəmiyyətindən danışıb, məzun olan tələbələrə uğurlar arzu edib. O deyib ki, sərgidə 100-dən çox təşkilat və şirkət tərəfindən 1000-dən çox vakant yer təqdim olunub. Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri …

Daha ətraflı »

27 aprel 2024-cü il

Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi, “Azərşəkər” MMC, “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə Yevlax rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “İqlim dəyişikliyinə adaptasiya edən torpaq və resurs qoruyucu yeni texnologiyaların nümayişi” mövzusunda respublika müşavirəsi keçirilib. Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Yevlax Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Xaliq Əliyev, aidiyyəti dövlət qurumlarının …

Daha ətraflı »

23 aprel 2024-cü il

  İnstitumuzda ADAU – nun Mühəndislik fakültəsinin Aqromühəndislik ixtisası üzrə Buraxılış (IV  kurs) kurs tələbələri ilə istehsalat təcrübəsinin növbəti məşğələsi bu dəfə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə-sınaq sahəsində keçirilmişdir. Praktik təlim məşğələsini texnika elmləri doktoru, professor Şahlar Babayev aparmışdır. Əkin sahəsinin bilavasitə yanında işçi vəziyyətə gətirilmiş Pambıq çiyidi səpən maşın üzərində təcrübə proqramının nəzəri və praktik təfərrüatları …

Daha ətraflı »

19 aprel 2024-cü il

İnstitutda ADAU-nun “Mühəndislik” fakültəsinin Buraxılış kurs (ıv kurs) tələbələrinin istehsalat təcrübəsi müvəffəqiyyətlə davam etdirilir. Tələbələr 01 Mart 2024-cü il tarixdən institutumuza ezam olunmuşlar. 18 həftəlik istehsalat təcrübəsi zamanı onlar burada nəzəri təlim dövründə qazanılmış biliklərini praktikada əyani şəkildə möhkəmləndirmək imkanı qazanacaqlar. Bağçılıq, heyvandarlıq, taxılçılıq, örtülü torpaq əkinçiliyi, habelə, patent və innovasiyalar üzrə ixtisas laboratoriyalarında tələbələr ardıcıl tədris qrafiki əsasında təcrübi …

Daha ətraflı »

16 aprel 2024-cü il

Qazax rayonu “Qazax Olimpiya İdman Kompleksi”nin ərazisində Aqrar Biznes Festivalı keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin tərəfdaşlığı ilə keçirilən festivalda Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Göygöl və Gədəbəy rayonlarından olan fermerlər iştirak edib. Aqrar İnnovasiya Festivalında “Aqromexanika” ETİ-da iştirak etmişdir. İnstitutun elmi işlər üzrə direktor …

Daha ətraflı »

04 aprel 2024-cü il

İnstitut əməkdaşları tərəfindən layihələndirilərək hazırlanmış  “Badamı qərzəkdən təmizləyən qurğu”ya  Rusiya Federasiyası Əqli Mülkiyyət üzrə Federal Xidmətinin “Federal Sənaye Mülkiyyəti İnstitutu” (ФИПС) qurumundan ixtiraya patent alınmışdır (RF № 2 815 580). Qurğunun yaxın gələcəkdə institutumuzla “Sabunçu Elm – İstehsalat” MMC arasında bağlanmış “Birgə əməkdaşlıq müqaviləsi”nə əsasən partiya şəklində hazırlanması nəzərdə tutulur.    

Daha ətraflı »

27 fevral 2024-cü il

27 fevral 2024-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR: 1. İnstitutun 2024–cü il mövzu planı üzrə proqram və metodikalarının müzakirəsi2. İnstitutun laboratoriyalar üzrə 2024-cü il üçün fəaliyyət planının müzakirəsi3. Aqrar Xidmətlər Agentliyi Təlim Mərkəzi və “ Aqromexanika” ETİ-nin birgəəməkdaşlığı ilə keçiriləcək təlimlərdə laboratoriyalar üzrə təlim mövzuları və təlimçilərhaqqında4. Müxtəlif məsələlər1.Dinlənildi: Birinci məsələ üzrə laboratoriya müdirləri çıxış …

Daha ətraflı »