Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən “Aqromexanika” Elmi-Tədqiqat İnstitutunda “Mülki Müdafiə tədbirlərinin planlaşdırılması şöbəsi”nin əməkdaşları ilə birgə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi mülki müdafiə məşqi keçirilib.
İnstitut rəhbərlərinin iştirakı ilə keçirilən məşqin məqsədi mülki müdafiə üzrə tədbirlər planının reallığının yoxlanılması, institut əməkdaşlarına mülki müdafiə sahəsində müvafiq biliklərin və əməli vərdişlərin aşılanması olub.
Məşqin nəzəri hissəsində institut əməkdaşlarına mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə ətraflı məlumat verilib.
Uğurla keçən məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq: