10 sentyabr 2024-cü il tarixdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tərtər rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib.
Festivalda Qarabağ iqtisadi rayonunu əhatə edən Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından fermerlər qatılıblar.
Festivallarda kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif dənli və tərəvəz bitki sortlarının sertifikatlı toxumları iştirakçılara nümayiş olunub.
Aqrar İnnovasiya Festivalında “Aqromexanika” ETİ-da iştirak etmişdir. İnstitutun elmi işlər üzrə direktor müavini Xudayar Məmmədov institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Tut yarpağınını doğrayan qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli”, “Fasiləli iş rejimli yağ emal edən qurğu” nümayiş olunmuş, son illərdə alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuş, onlara tövsiyələr və bukletlər təqdim olunmuşdur.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq: