“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. İnstitutun direktoru, Elmi Şuranın sədri Kamil Fətəliyev kvorumu nəzərə alaraq iclası açıq elan edib, gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. Daha sonra laboratoriya müdirləri: “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d., dos. Nağıyev E.M., “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d., dos. Paşayev E.A., “Bitki mühafizəsində innovativ texnologiyalar” laboratoriyasının müdiri t.e.d., prof. Babayev Ş.M., “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasının müdiri t.f.d. Səddinov F.F., “Texniki təminat, texniki istismar və aqroservis” laboratoriyasının müdiri t.f.d., dos. Sadıxov S.Y., “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının müdiri t.f.d., dos. Hacıyev İ.M., “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının müdiri b.e.i. Quliyev Z.V. elmi mövzulara dair 2024-cü il üzrə yarımillik qısa hesabatlar dinlənilib, bu istiqamətdə geniş müzakirələr aparılıb, tövsiyə və tapşırıqlar verilib. “Bağçılığın mexanikləşdirilməsi” (laboratoriya müdiri t.f.d., dos. Paşayev E.A.), və “Texniki təminat, texniki istismar və aqroservis” (laboratoriya müdiri t.f.d., dos. Sadıxov S.Y.) laboratoriyalarının irad və təklifləri nəzərə alınmaqla yarımillik hesabatlarının yenidən işlənməsi, digər laboratoriyaların isə elmi hesabatlarının qəbul olunması qərara alındı.
İclasda əmək intizamının vəziyyəti və “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının böyük elmi işçisi N. Qurbanovun yazdığı “İqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirləri və bu təsirləri qarşılayan rəqəmsal texnologiyalar” adlı tövsiyəsi müzakirə edilib, müvafiq qərarlar verilib.