20 dekabr 2023-cü il

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin (AİM) birgə təşkilatçılığı ilə Gəncədə “Aqrar İnnovasiya və Startaplar Forumu” keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə …

Daha ətraflı »

23 noyabr 2023-cü il

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonu ”Tovuz Aqrokompleks” MMC-nin ərazisində növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.

Daha ətraflı »

15 sentyabr 2023-cü il

“Azərşəkər” MMC-nin Ceyrançöl ərazisində yerləşən aqroparkında “Ehtiyatlara qənaət edən müasir suvarma və əkinçilik texnologiyaları” mövzusunda Şəmkir rayonunda “Tarla seminarı” keçirilmişdir. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA), “Azərşəkər” MMC və “Gilan Pivot” MMC-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə aidiyyəti dövlət qurumlarının əməkdaşları, elmi-tədqiqat institutlarının nümayəndələri,  fermerlər və KİV nümayəndələri iştirak ediblər.

Daha ətraflı »

25 avqust 2023-cü il

Ağstafa rayonunda Kənd Təsərrüfatı Nazirliyinin “Aqrar İnnovasiya Mərkəzi”nin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı keçirilmişdir. “Ağstafa Aqrar Sənaye Kompleksi”nin ərazisində təşkil edilən festival çərçivəsində mövsümün növbəti toxum sərgi-satış yarmarkası təşkil olunub. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında Ağstafa, Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonlarından toxum …

Daha ətraflı »

11 iyul 2023-ci il

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin və Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı Bərdə rayonunda keçirilib. Bərdə Peşə Liseyində baş tutan festivalda Kənd Təsərrüfatı Nazirliyinin bütün tabeli qurumları, Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyindəki bir sıra peşə təhsil müəssisələri, 80-dən çox yerli və xarici şirkət, həmçinin müxtəlif layihə və startaplar …

Daha ətraflı »

31 may 2023-ci il

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15-ci “Karyera Sərgisi-2023” keçirilib. Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov hər il ənənəvi olaraq keçirilən karyera sərgilərinin əhəmiyyətindən danışıb, məzun olan tələbələrə uğurlar arzu edib. O bildirib ki, sərgidə 75-dən çox təşkilat və şirkət tərəfindən 800-dən çox vakant yer təqdim olunub.“Məzun günü” yarmarkasında “Aqromexanika” ETİ-da iştirak etmişdir.

Daha ətraflı »

30 may 2023-cü il

30 may 2023-cü il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU)  Ulu Öndər Heydər Əliyevin 100  illiyinə həsr olunan “QEYRİ- NEFT SEKTORU və QLOBAL ƏRZAQ TƏHLÜKƏSİZLİYİ  PROBLEMLƏRİ” Respublika elmi-praktik  konfransı keçirilmişdir.

Daha ətraflı »