Rusiya Dövlət Xalq Təsərrüfatı Universitetinin “Elektrik energetikası və texniki xidmət” fakültəsinin dekanı, texnika elmləri doktoru, professor Hacıyev Pərviz İmran oğlu və Özbəkistan Respublikasının Nəməngan Mühəndis İnstitutunun “Kənd təsərrüfatının mexanikləşdirilməsi” kafedrasının professoru, texnika elmləri doktoru, “Elmi dərəcənin verilməsi üzrə Elmi Şura”nın sədri Bayboboyev Nabijon Qulomoviç institutumuzun qonağı olmuşdur. Hacıyev P.İ. və Bayboboyev N.Q. ilk öncə institutun rəhbərliyi ilə görüşüb, xatirə hədiyyələri təqdim edərək səmimi söhbət etmişlər. İnstitutun direktoru Kamil Fətəliyev aparılan elmi-tədqiqat işləri və ixtira səviyyəsində hazırlanmış yeni innovativ qurğular haqqında hörmətli qonaqlara ətraflı məlumat vermişdir. Daha sonra institutun laboratoriyalarında hazırlanmış yeni qurğularla qonaqlar ətraflı tanış olmuşlar. Sonda Rusiya Dövlət Xalq Təsərrüfatı Universitetinin və Nəməngan Mühəndis İnstitutu ilə “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu arasında “Elmi-Texniki Əməkdaşlıq” haqqında müqavilə imzalanması qərara alınmışdır.
Görüşdən foto görüntüləri nəzərinizə çatdırırıq: