30 may 2024-cü il

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 16-cı “Karyera Sərgisi-2024” keçirilib. Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov hər il ənənəvi olaraq keçirilən karyera sərgilərinin əhəmiyyətindən danışıb, məzun olan tələbələrə uğurlar arzu edib. O deyib ki, sərgidə 100-dən çox təşkilat və şirkət tərəfindən 1000-dən çox vakant yer təqdim olunub. Açılış mərasimindən sonra iştirakçı şirkət və müəssisələrin təmsilçiləri vakant iş yerləri barədə məzun və qonaqlara ətraflı məlumat veriblər.

Çıxış edən kənd təsərrüfat naziri Məcnun Məmmədov diqqətə çatdırıb ki, kənd təsərrüfatının intensiv inkişafı aqrar sektorda innovasiyaların tətbiqindən və yüksək ixtisaslı mütəxəssislərin mövcudluğundan birbaşa asılıdır. Məhz bu səbəbdən bütün dünyada olduğu kimi, Azərbaycanda da aqrar sahədə məhsuldarlığın artmasını təmin edən müasir texnika və texnologiyalardan səmərəli istifadə etmək bacarığına malik peşəkar kadrlara, mütəxəssislərə ehtiyac getdikcə artır.

 

 Tədbirdən foto və video görüntüləri diqqətinizə çatdırırıq: