23 aprel 2024-cü il

 

İnstitumuzda ADAU – nun Mühəndislik fakültəsinin Aqromühəndislik ixtisası üzrə Buraxılış (IV  kurs) kurs tələbələri ilə istehsalat təcrübəsinin növbəti məşğələsi bu dəfə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun təcrübə-sınaq sahəsində keçirilmişdir.

Praktik təlim məşğələsini texnika elmləri doktoru, professor Şahlar Babayev aparmışdır.

Əkin sahəsinin bilavasitə yanında işçi vəziyyətə gətirilmiş Pambıq çiyidi səpən maşın üzərində təcrübə proqramının nəzəri və praktik təfərrüatları diplomqabağı təcrübə keçən tələbələrə ətraflı çatdırılmışdır.

Professor aqreqatın son texnolofi imkanlarını, becərmədə ən aktual məsələ olan alaq otları və zərərvericilərlə mübarizədə kimyəvi preparatların iştirakı ilə üzvi surətdə əlaqələndirmiş, hər bir işçi orqanın, dərman vasitələri ilə işləməyin, habelə başlıca hesab edilən aqrotexniki tələbatların gözlənilməsi meyarlarını imitasiya modeli nümunəsində əyani izahını vermişdir.

Sonda tələbələr sahədə pambıq çiyidi səpininin aparılması və dərman çiləyən qurğunun işləmə prinsipini əyani müşahidə etmişlər.

Təcrübə qarşılıqlı elmi-təcrübi fikir mübadiləsi şəraitində başa çatmış və tələbələri maraqlandıran suallara ətraflı cavablar verilmişdir.

Təcrübə-sınaq sahəsindən video və foto görüntüləri nəzərinizə çatdırırıq.