30 sentyabr 2019-cu il

28-30 sentyabr tarixlərində Zaqatalada Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirildi. Festival Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşıb. Festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir. Festivalda Kənd …

Daha ətraflı »

16 sentyabr 2019-cu il

05 sentyabr 2019-cu il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏ: İnstitutun 2019-cu il üçün mövzular planının gedişi haqqında. Müxtəlif məsələlər. Birinci məsələ üzrə: Dinlənildi: İnstitutun direktoru K.H. Fətəliyev çıxış etdi. O, çıxışında mövzu işlərinin proqram və metodikaya uyğun olaraq icrasını qeyd etdi. Mövzuların yerinə yetirilməsində heç bir problemin yaranmadığını nəzərə çatdırdı.

Daha ətraflı »

12 sentyabr 2019-cu il

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası 19 iyul 2019-cu il tarixli (protokol № 13 K) qərarı ilə institutun Aparıcı elmi işçisi Mehdiyev Mehdi Polad oğluna aqromühəndislik ixtisası üzrə dosent elmi adı verilmişdir. Təbrik edirik!

Daha ətraflı »

10 iyul 2019-cu il. Vakansiya: Direktorun elmi işlər müavini

“Aqromexanika“ Elmi – Tədqiqat İnstitutu Vakansiyada olan direktorun elmi işlər müavini vəzifəsini tutmaq üçün müsabiqə elan edir . Müsabiqədə iştirak edənlər : Texnika üzrə elmi dərəcəyə malik olmalıdır ( elmlər doktoru və yaxud fəlsəfə doktoru) Müvafiq sahə üzrə iş təcrübəsi; MS office proqramları üzrə biliklər; Azərbaycan və ingilis dil biliyi, rus dili üstünlükdür; Fundamental statistik biliklərə sahib olmaq; İşgüzar, məsuliyyətli, …

Daha ətraflı »

28 iyun 2019-cu il

28 iyun 2019-cu il tarixdə institutun Elmi Şurasının iclası kecirilmişdir Gündəlik məsələlər: İnstitutun 2019-cu ili üçün yarımillik qısa hesabatının müzakirəsi. Müxtəlif məsələlər.

Daha ətraflı »

03 iyun 2019-cu il

03 iyun 2019-cu il tarixində institutun Elmi Şurasının iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR: İnstitutun 2019-cu il üçün təqvim planına müvafiq I yarımillik üzrə yerinə yetirilən işlərin gedişi haqqında. Müxtəlif məsələlər.

Daha ətraflı »

1 iyun 2019-cu il

Azərbaycan Dövlət Aqrar Universitetində keçirilən “Məzun – 2019” və “XI Məzun” günü yarmarkasında “Aqromexanika” ETİ-da iştirak etmişdir. Tədbirdə Kənd Təsərrüfatı naziri İnam Kərimov, Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov, nazir müavinləri İlham Quliyev və Seyfəddin Talıbov, nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, ölkədə fəaliyyət göstərən aparıcı kənd təsərrüfatı şirkətlərinin təmsilçiləri iştirak edirdilər.

Daha ətraflı »

29 may 2019-cu il

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası 07 may 2019-cu il tarixli (protokol № 07 K) qərarı ilə institutun Təcrübə-Sınaq işləri üzrə direktorun müavini Yaqubov Kamal Hacı oğluna aqromühəndislik ixtisası üzrə dosent elmi adı verilmişdir. Təbrik edirik!

Daha ətraflı »

10 aprel 2019-cu il

Gəncə Aqrar Elm və İnnovasiya Mərkəzinin əkin sahəsində “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının əməkdaşları tərəfindən təklif olunan və institutda hazırlanmış torpağı səpinqabağı becərən kombinəedilmiş dişli malanın sınağı aparılmışdır. Sınaq institutun təcrübə sınaq işləri üzrə direktor müavini dos. Kamal Yaqubovun, laboratoriya müdiri dos. Elmar Nağıyevin, baş konstruktor İsrayıl Məmmədovun və laboratoriyanın əməkdaşlarının birgə iştirakı ilə yerinə yetirilmişdir. Sınaqda həmçinin institutda istehsalat təcrübəsi keçən …

Daha ətraflı »

15 mart 2019-cu il

15 mart 2019-cu il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏ: İnstitutun 2019-cu il üçün mövzu planının gedişi haqqında. Dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin təsdiqi.

Daha ətraflı »