Tarix: 11 avqust 2020-ci il.
“Rotorlu disperqator” qurğusuna Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə federal Qulluq Qurumundan (Rospatent) patenti alınmışdır. (RF № 2720776, 2020-ci il).
TƏBRİK EDİRİK!
Bu qurğunun iş prinsipi aşağıdakı kimidir. Emal olunması nəzərdə tutulan üzlü süd əvəzedicisinin birləşmələri ardıcıllıqla, ilk olaraq mayeli və daha sonralar quru maddələr həcmə daxil edilir. Həcm yükləndikdən sonra, maye 40°C – dək qızdırılır və mühərrik işə salınmaqla rotorlu disperqator dövrü hərəkət başlayır. İş prosesi zamanı bu aparat 3000 dövr / dəqiqə sürətlə həcmin daxilindəki birləşmələri qarışdırmağa başlayır. Bu zaman disperqasiya, homogenləşmə və qarışdırılma ardıcıl olaraq eyni zamanda aparılır. Məhsul hazırlandıqdan sonra yönləndirici və hərəkət mexanizmin köməkliyi ilə qurğu hərəkətə gətirilərək buzovlar olan yerə istiqamətləndirilir.
Yemləmə zamanı dozalaşdırıcı lövhəsi vasitəsi ilə hər bir buzova fərdi olaraq, üzlü süd əvəzedicisinin paylarla dozalaşdırılaraq akkumulyatorlu nasos vasitəsilə ötürücü şlanqdan keçərək tapança – kran vasitəsilə yem qablarına ötürülür. Bu zaman maqnit – klapan və axın sensoru təyin olunmuş həcmdən artıq mayenin ötürülməsinin qarşısını alır. Qurğuda qeyd olunan bütün proseslərin həyata keçirilməsi üçün enerji qidalanması akkumulyatordan alınır, göstəricilərin tənzimlənməsinə isə elektron blok nəzarət edir. Burada yalnız disperqator işlədikdə, qidalanma şəbəkə cərəyanı vasitəsilə baş verir.