04 avqust 2020-ci il

04 avqust 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

1. İnstitutun 2020-ci ilmövzu planının gedişi haqqında.
2. Koronavirusa (Covid-19) yoluxmamaq üçün görülən tədbirlər haqqında.

Birinci məsələ üzrə:

Dinlənildi: direktor K.H.Fətəliyev 2020-ci il üçün mövzu planının gedişi ilə elmi şura üzvlərini məlumatlandırdı. İnstitutda 2 istiqamət üzrə 7 elmi mövzunun aparılmasında mövcud problemlərin aradan qaldırılması üçün rəhbərlik tərəfindən bütün işlərin görüləcəyini bildirdi. Çıxış edən mövzu rəhbərləri: t.f.d., dos. S.Y.Sadıxov, t.f.d., dos. İ.E.Hacıyev, t.f.d., dos. E.M.Nağıyev, b.e.i. Z.V.Quliyev elmi mövzuların öz qaydasında yerinə yetirilməsini qeyd etdilər.

Qərara alındı:

İnstitutun 2020-ci ilin mövzu planının gedişi nəzərə alınsın.

İkinci məsələ üzrə:

Dinlənildi:elmi işlər üzrə direktor müavini əvəzi X.Ə.Məmmədov “Covid-19” infeksiyası ilə əlaqədar mövcud vəziyyət haqqında məlumat verdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinin daha ciddi yerinə yetirilməsinin vacibliyini vurğuladı.

Qərara alındı:

Xüsusi karantin rejimində “Covid-19” infeksiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilsin.