17 mart 2021-ci il

17 mart 2021-ci il tarixdə institutun Elmi Şurasının növbəti  iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR: 2021-ci il üçün mövzu planı üzrə proqram və metodikaların müzakirəsi. Məruzəçilər: Nağıyev E.M., Quliyev Z.V., Sadıxov S.Y., Paşayev E.A., Ələkbərov H.T., Hacıyev İ.M., Cəfərov Ə.A., Məmmədov X.Ə. Müxtəlif məsələlər.

Daha ətraflı »

04 mart 2021-ci il

“Aqromexanika” ETİ “ZƏYƏM TEXNOLOGİYALAR PARKI” ASC Respublikamızda kənd təsərrüfatı sahəsində dövlət siyasəti və dəstəyi ilə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi, müasir kənd təssərüfatı infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülməkdədir. 04 mart 2021-ci il tarixində “ZƏYƏM TEXNOLOGİYALAR PARKI” ASC-nin mütəxəssislərindən ibarət bir qrup əməkdaşı “AQROMEXANİKA” ETİ-da işgüzar səfərdə olmuşlar. Səfərdə məqsəd institutla yaxından tanış olmaq, elmi-tədqiqat işlərinin istiqamətləri, mövzular və …

Daha ətraflı »

09 fevral 2021-ci il

09 fevral 2021-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəlik məsələlər: İnstitutun 2021-ci il üçün Elmi Şurasının tərkibinin və iş planının təsdiqi. İnstitutun 2021-ci il üçün strukturu və ştat cədvəlinin təsdiqi. İnstitutun 2021-ci il üçün mövzu planının təsdiqi. Müxtəlif məsələlər.

Daha ətraflı »

29 dekabr 2020-ci il

İnstitutun əməkdaşlarının layihələndirib hazırladıqları yeni “Meyvə və kol ağaclarını silkələyən qurğu”nun ilkin sınağı aparılmışdır. Qurğunun ilkin sınağının nəticələri qənaətbəxş olmuşdur. Hazırlanmış bu qurğu vasitəsi ilə qoz, fındıq, badam, şabalıd, zeytun, alma, tut və s. meyvələrin silkələnərək yığılmasında istifadə etmək olar. Qurğu kənd təsərrüfatlarında bağçılıq və meyvəçiliklə məşğul olan fermer təsərrüfatları üçün nəzərdə tutulmuşdur.

Daha ətraflı »

11 dekabr 2020-ci il

İnstitut əməkdaşlarının layihələndirib hazırladıqları yeni “Fındığı qərzəkdən təmizləyən qurğu”nun ilkin sınağı aparılmışdır. “Fındığı qərzəkdən təmizləyən qurğu”ya Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə Federal Qulluq (Rospatent) qurumundan ixtiraya patent alınmışdır (RF № 2725731, 2020-ci il). Qurğunun ilkin sınağının nəticələri qənaətbəxş olmuşdur.

Daha ətraflı »

08 dekabr 2020-ci il

08 dekabr 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. Gündəlik məsələlər: 1. İnstitutun 2018-2020-ci illər üzrə yekun elmi hesabatların müzakirəsi. Məruzəçilər: Nağıyev E.M.; Quliyev Z.V.; Sadıxov S.Y.; Paşayev E.A.; Ələkbərov H.T.; Hacıyev İ.M.; Cəfərov Ə.A. 2. Müxtəlif məsələlər.

Daha ətraflı »

20 oktyabr 2020-ci il

20 oktyabr 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir. GÜNDƏLİK MƏSƏLƏLƏR: 1. İnstitutun 2021-2023-cü illər üçün elmi-tədqiqat işlərinin əhatəli planının müzakirəsi. 2. İnstitutun 2021-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının müzakirəsi. 3. Müxtəlif məsələlər.

Daha ətraflı »

10 sentyabr 2020-ci il

“Fındığı qərzəkdən təmizləyən qurğu”ya Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə federal Qulluq Qurumundan (Rospatent) patenti alınmışdır. (RF № 2725731, 2020-ci il).

Daha ətraflı »

01 sentyabr 2020-ci il

“Troslu çevik mala” qurğusuna Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə federal Qulluq Qurumundan (Rospatent) patenti alınmışdır. (RF № 2725732, 2020-ci il). TƏBRİK EDİRİK!

Daha ətraflı »

26 avqust 2020-ci il

14 avqust 2020-ci il tarixdə Respublika Kənd Təsərrüfatı Nazirliyinin “Kənd həyatı” qəzetində [№ 13 (8715) ] institutun direktoru Kamil Fətəliyevin “İnnovativ texnologiyalardan istifadə günün tələbidir” adlı məqaləsi dərc olunmuşdur.

Daha ətraflı »