23 dekabr 2021-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlik məsələlər:
- İnstitutun 2021-ci il üzrə elmi hesabatların müzakirəsi.
Məruzəçilər: Nağıyev E.M.; Sadıxov S.Y.; Paşayev E.A.; Ələkbərov H.T.; Hacıyev İ.M.; Quliyev Z.V.; Məmmədov X.Ə.; Quliyev Ş.Ə. - Doktorant və dissertantların attestasiyası.
3. Müxtəlif məsələlər.
Birinci məsələ üzrə:
- Dinlənildi: “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d., dosent E.M. Nağıyevin “Bitkiçilikdə innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi Ələkbərov H.T. verib.
Qərara alındı:
“Bitkiçilikdə innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
- Dinlənildi: “Texniki təminat, texnki istismar və aqroservis” laboratoriyasının müdiri t.f.d., dosent S.Y.Sadıxovun “Respublikanın aqrar sənaye kompleksində texniki servis və istismar xidməti bazalarının təşkilinin elmi cəhətdən əsaslandırılması mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dosent N.M.Nuriyev. verib.
Qərara alındı:
“Respublikanın aqrar sənaye kompleksində texniki servis və istismar xidməti bazalarının təşkilinin elmi cəhətdən əsaslandırılması” mövzusu üzrə hesabat qəbul edilsin.
- Dinlənildi: “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d., dosent E.A. Paşayevin “Qərzəkli meyvələrin ilkin emalı üçün innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi və tədqiqi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dosent İ.M.Hacıyev verib.
Qərara alındı:
“Qərzəkli meyvələrin ilkin emalı üçün innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi və tədqiqi” mövzusu üzrə hesabat qəbul edilsin.
- Dinlənildi: “Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyasının müdiri H.T.Ələkbərovun “Üzümçülüyün mexanikləşdirilməsində yeni enerji və vəsaitqoruyucu mütərəqqi texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dosent E.A. Paşayev verib.
Qərara alındı:
“Üzümçülüyün mexanikləşdirilməsində yeni enerji və vəsaitqoruyucu mütərəqqi texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
- Dinlənildi: “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının müdiri t.f.d., dosent İ.M.Hacıyevin “Kəndi-fermer təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının ilkin emalında enerji və resursqoruyucu texnologiyaların istifadəsi üçün yüksək effektli istilik təchizat sistemlərinin və texniki vasitələrin işlənməsi”mövzusu üzrə hesabatı.
Hesabata rəyi t.f.d., dosent S.Y.Sadıxov verib.
Qərara alındı:
“Kəndi-fermer təsərrüfatlarında kənd təsərrüfatı məhsullarının ilkin emalında enerji və resursqoruyucu texnologiyaların istifadəsi üçün yüksək effektli istilik təchizat sistemlərinin və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
- Dinlənildi: “Heyvandarlıqda texnoloji proseslərin və yem istehsalının mexanikləşdirilməsi” laboratoriyasının müdiri Z.V.Quliyevin “Kiçik fermer heyvandarlıq təsərrüfatları üçün yemlərin hazırlanmasında vəsaitqoruyucu texnologiyaların və texniki vasitələrin əsaslandırılması və işlənməsi” mövzusu üzrə hesabatları.
Hesabata rəyi t.f.d., dosent Nağıyev E.M., t.f.d., dosent M.P.Mehdiyev veriblər.
Qərara alındı:
“Kiçik fermer heyvandarlıq təsərrüfatları üçün yemlərin hazırlanmasında vəsaitqoruyucu texnologiyaların və texniki vasitələrin əsaslandırılması və işlənməsi” mövzusu üzrə hesabatları qəbul edilsin.
- Dinlənildi: “İnformasiya təminatı, patent və texniki vasitələr” laboratoriyasının müdiri X.Ə.Məmmədovun “İpəkçilikdə enerji və vəsaitqoruyucu mütərəqqi texnolo-giyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi b.e.i., Z.V.Quliyev verib.
Qərara alındı:
“İpəkçilikdə enerji və vəsaitqoruyucu mütərəqqi texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
- Dinlənildi: “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasının müdiri Ş.Ə.Quliyevin “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması, enerji və vəsaitqoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabatı.
Hesabata rəyi k.t.n., Bağırov H.S. verib.
Qərara alındı:
“Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması, enerji və vəsaitqoruyucu innovativ texnologiyaların və texniki vasitələrin işlənməsi” mövzusu üzrə hesabat qəbul edilsin.
İkinci məsələ üzrə:
Dinlənildi: elmi katib G.N.Məmmədova bildirdi ki, institutumuzda 2 doktorant, 3 dissertant təhsil alır. İnstitutun doktorant və dissertantlarının attestasiya olunmaq üçün sənədləri (hesabat və fərdi iş planı) ilə tanış etdi.
Qərara alındı:
- Doktorantlar Ağayev Emil Fikrət oğlu, İsmayılov Ələmdar Ələsgər oğlu və dissertant Məmmədov Elçin Misir oğlu təhsil müddəti bitdiyinə görə doktorantura və dissertanturadan azad edilsinlər.
- Dissertantlar Əliyev Eldar Aydın oğlu və Dadaşov Cəlil Qasım oğlu dördüncü kursa keçirilsinlər.