12 noyabr 2021-ci il

12 noyabr 2021-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

  1. Dissertant Tərxan Hakim oğlu Bayramovun “Südün səmərəli aktinizasiya texnologiyasının və texniki vasitənin işlənməsi” (3102.01 – “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işinin müzakirəsi.
  2. Dissertant İradə Adil qızı Seyidovanın “Yem qarışıqlarının istehsalında inqrediyentləri dozalaşdıran qurğunun işlənməsi və tədqiqi” (3102.01- “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işinin müzakirəsi.
  3. Müxtəlif məsələlər.

1. Dissertant Tərxan Hakim oğlu Bayramovun “Südün səmərəli aktinizasiya texnologiyasının və texniki vasitənin işlənməsi” (3102.01 – “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işi müzakirə olunmuşdur.

Dissertasiya işinin elmi rəhbəri:      t.e.d., professor Q.B. Məmmədov

Dissertasiya işinə rəy verənlər:

– t.f.d., dosent S.Y. Sadıxov,
– t.f.d., dosent M.P. Mehtiyev.

2. Dissertant İradə Adil qızı Seyidovanın “Yem qarışıqlarının istehsalında inqrediyentləri dozalaşdıran qurğunun işlənməsi və tədqiqi” (3102.01 – “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işi müzakirə olunmuşdur.

Dissertasiya işinin elmi rəhbəri:     t.e.d., professor B.M. Bağırov

Dissertasiya işinə rəy verənlər:

– t.f.d., dosent İ.M. Hacıyev,
– t.f.d., dosent E.A. Paşayev.

QƏRARA ALINDI:

Dissertantlar Tərxan Hakim oğlu Bayramovun “Südün səmərəli aktinizasiya texnologiyasının və texniki vasitənin işlənməsi” və  İradə Adil qızı Seyidovanın “Yem  qarışıqlarının  istehsalında  inqrediyentləri  dozalaşdıran qurğunun işlənməsi və tədqiqi” mövzularında dissertasiya işləri, göstərilən iradları aradan qaldırmaqla Universitetin nəzdində olan FD 2.26 Dissertasiya Şurasında  müdafiəsi  məqsədəuyğun  hesab edilsin.