10.02.2022-ci il tarixdə Hacıqabulda Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə “İnnovativ texnikalar Fermerin yanında” layihəsi çərçivəsində tarla müşavirəsi keçirilmişdir. Müşavirədə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi Aparatının və tabeli qurumların nümayəndələri, kənd təsərrüfatı texnikalarının təchizatçıları, kənd təsərrüfatı məhsullarını istehsal edən şirkətlərin nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları və fermerlər iştirak etmişdir.
Tarla müşavirəsində ölkəmizdə fəaliyyət göstərən 12 təchizatçı şirkət tərəfindən 50-dən çox müxtəlif təyinatlı innovativ və kombinəedilmiş çoxfunksiyalı, torpaq və resursqoruyucu texnikaların tarla şəraitində işləməsi əyani şəkildə nümayiş etdirilmişdir.
Müşavirə tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
İnstitutumuzun əməkdaşının da qatıldığı həmin müşavirədən foto və video görüntüləri diqqətinizə çatdırırıq: