Tarix: 11.11.2021
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun Elmi Şurasının
11 noyabr 2021-ci il tarixli 05 saylı
PROTOKOLU
İştirak etdilər:
Şuranın 19 üzvündən 13 nəfəri
Gündəlik məsələlər:
- İnstitutun 2021-ci il üçün mövzu planı üzrə işlərinin gedişi haqqında.
- Məqalə və tövsiyələrin müzakirəsi.
- Müxtəlif məsələlər.
Birinci məsələ üzrə:
Dinlənildi: direktor K.H.Fətəliyev 2021-ci il üçün mövzu planının gedişi ilə elmi şura üzvlərini məlumatlandırdı. İnstitutda 2 istiqamət üzrə 9 elmi mövzunun aparılmasında rəhbərlik tərəfindən bütün işlərin görüləcəyini bildirdi. Çıxış edən mövzu rəhbərləri: t.f.d., dos. S.Y.Sadıxov, t.f.d., dos. İ.E.Hacıyev, t.f.d., dos. E.M.Nağıyev, b.e.i. Z.V.Quliyev, b.e.i. Ələkbərov H.T., b.e.i. Quliyev Ş.Ə. elmi mövzuların öz qaydasında yerinə yetirilməsini qeyd etdilər.
Qərara alındı:
İnstitutun 2021-ci ilin mövzu planının gedişi nəzərə alınsın.
İkinci məsələ üzrə:
Dinlənildi: Elmi katib G.N.Məmmədova institutun əməkdaşları K.H.Fətəliyev, E.M.Nağıyev, H.N.Qurbanovun “Əkinçilikdə müxtəlif əməliyyatların birləşdirilməsinin səmərəliliyi” adlı məqaləsinin məzmunu ilə elmi şura üzvlərini məlumatlandırdı. Məqaləyə t.f.d., dosent İ.E.Hacıyev rəy vermişdir.
Elmi katib sonra 2 tövsiyə haqqında məlumat verdi:
- H.Fətəliyev, N.M.Nuriyev, A.M.Zeynalov, X.Ə.Məmmədov “Yeni texnika, ixtira və səmərələşdirici təkliflərin iqtisadi səmərəliliyinin təyini”
- İ.A.Seyidova “Yem qarışıqlarının istehsalında inqridiyentləri dozalaşdıran qurğu”
Tövsiyələr müzakirə olundu.
Qərara alındı:
- K.H.Fətəliyev, E.M.Nağıyev və H.N.Qurbanov tərəfindən təqdim edilmiş “Əkinçilikdə müxtəlif əməliyyatların birləşdirilməsinin səmərəliliyi” adlı məqalənin dərc olunması tövsiyə edilsin.
- K.H.Fətəliyev, N.M.Nuriyev, A.M.Zeynalov, X.Ə.Məmmədov “Yeni texnika, ixtira və səmərələşdirici təkliflərin iqtisadi səmərəliliyinin təyini” və İ.A.Seyidova “Yem qarışıqlarının istehsalında inqridiyentləri dozalaşdıran qurğu” adlı tövsiyələrin dərc olunması məqsədəuyğun hesab edilsin.
Üçüncü məsələlər üzrə:
Dinlənildi: direktor K.H.Fətəliyev Elmi Şuranın tərkibində boş olan yerə
t.f.d., dosent H.S.Bağırovun qəbul olunmasını təklif etdi.
Qərara alındı:
“Üzümçülüyün mexanikləşdirilməsi” laboratoriyasının aparıcı elmi işçisi, t.f.d., dosent Hadı Sadıx oğlu Bağırov Elmi Şura üzvlüyünə qəbul olunsun.
Qərara alındı:
Dinlənildi: “Covid-19” üzrə məsul şəxs, elmi işlər üzrə direktor müavini əvəzi, X.Ə.Məmmədov “Covid-19” infeksiyası ilə əlaqədar mövcud vəziyyət haqqında məlumat verdi. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinin daha da ciddi yerinə yetirilməsinin, 3-cü doza vaksin vurulmasının vacibliyini vurğuladı.
Xüsusi karantin rejimində “Covid-19” infeksiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilsin.