Fermerlərin nəzərinə! 03.12.2021-ci il

Tərəfimizdən “Kaspi-Yıldız” MMC (Bakı ş.) ilə bağlanmış müqavilə əsasında institutda aparılmış tədqiqat işlərinin nəticəsi olaraq ixtira səviyyəsində təcrübi nümunələri hazırlanmış və sınaqdan keçirilmiş aşağıdakı qurğuların (maşınların) zavod şəraitində sizlərin sifarişi əsasında hazırlanaraq Kənd Təsərrüfatı Nazirliyi AKİA xətti ilə güzəştli şərtlərlə satışı nəzərdə tutulur.

Sıra sayı Qurğuların (maşınların) adları Qiyməti, (man)
(təxmini)
1. Quru ot doğrayan 878
2. Universal yem üyüdən 1219
3. Dənli yemləri üyüdən 843
4. Qərzəkli meyvə ağaclarını silkələyən (titrədən) tərtibat 800
5. Qərzəkli meyvələri (qoz,badam) qərzəkdən təmizləyən qurğu 1200
6. Qarğıdalı dənini qıçadan ayıran qurğu 900
7. Ağac tingi çıxaran kotan 850
8. Troslu çevik mala 3400

Maşınların  qiymətlərinə ediləcək güzəştlərlə yəqin ki, məlumatlısınız. Belə ki, maşının satış qiymətinin 40%-i dövlətimiz tərəfindən, 20%-i isə nağd və yaxud köçürmə yolu ilə alıcı tərəfindən əvvəlcədən, qalan 40%-i isə növbəti beş ilə hissə-hissə nağd və yaxud köçürmə yolu ilə ödənilir.

İnstitutda maşınların quruluşu və iş prinsipi ilə tanış ola bilərsiniz (Gəncə şəh. Əziz Əliyev pr.93A. “Aqromexanika” ETİ).

Əlavə olaraq institutun saytından və ya facebook səhifəsindən də həmin maşınlarla tanış olmaq olar (“Aqromexanika” Elmi – Tədqiqat İnstitutu).

Zavod tərəfindən hazırlanması və satışı nəzərdə tutulan hər hansı bir maşını almaq istəyənlər institutun rəhbərliyinə zəmanət məktubu ilə müraciət edə bilər.

(Az.2000, Gəncə şəh. Ə.Əliyev pr.93A, ”Aqromexanika”  Elmi-Tədqiqat İnstitutu və yaxud elektron ünvan: aqromexanika@mail.ru)

Əlaqə telefonu:

050-641-30-63
055-928-68-88
022-268-64-76

Dostlardan bu statusu paylaşmaları xahiş olunur.