20 oktyabr 2020-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
GÜNDƏLİK MƏSƏLƏLƏR:
1. İnstitutun 2021-2023-cü illər üçün elmi-tədqiqat işlərinin əhatəli planının müzakirəsi.
2. İnstitutun 2021-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının müzakirəsi.
3. Müxtəlif məsələlər.
Birinci məsələ üzrə:
Dinlənildi: direktor K.H.Fətəliyev 2021-2023-cü il üçün elmi-tədqiqat işlərinin əhatəli planı ilə tanış etdi (əhatəli mövzu planı əlavə olunur). Mövzu planında 1 istiqamət, 2 problem və 8 elmi mövzunun işlənməsi nəzərdə tutulur.
Qərara alındı:
İnstitutun 2021-2023-cü illər üçün elmi-tədqiqat işlərinin əhatəli planı bəyənilsin və Aqrar Elm və İnnovasiya Mərkəzinə təsdiq üçün təqdim edilsin.
İkinci məsələ üzrə:
Dinlənildi: elmi işlər üzrə direktor müavini vəzifəsini m.i.e. X.Ə.Məmmədov İnstitutun 2021-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planı ilə tanış etdi. Mövzu planında 1 istiqamət, 2 problem və
8 mövzudan ibarətdir (mövzu planı əlavə olunur).
Üçüncü məsələ üzrə:
Dinlənildi: “İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsi” laboratoriyasının müdiri Ə.A.Cəfərov laboratoriyanın “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” adlandırılmaqla elmi-tədqiqat işinin aparılmasını təklif etdi.
“İpəkçilikdə texnoloji proseslərin elektromexanikləşdirilməsi” laboratoriyası “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” adlandırılsın.
Dinlənildi: “İnformasiya təminati, patent və texniki vasitələr” laboratoriyasının müdiri X.Ə.Məmmədov təşəbbüs göstərərək “İpəkçilikdə ipəkqurdu yumurtasının (qrena) oyadılması prosesində enerji və vəsaitqoruyucu texnologiyaların, texniki vasitələrin işlənməsi” mövzusunda elmi-tədqiqat işinin aparılmasını təklif etdi.
Qərara alındı:
“İnformasiya təminati, patent və texniki vasitələr” laboratoriyasının müdiri X.Ə.Məmmədovun təşəbbüs təklifi qəbul edilsin.