01 sentyabr 2020-ci il

“Troslu çevik mala” qurğusuna Rusiya Federasiyasının Əqli Mülkiyyətin Patent və Əmtəə Nişanı üzrə federal Qulluq Qurumundan (Rospatent) patenti alınmışdır. (RF № 2725732, 2020-ci il).

TƏBRİK EDİRİK!

Troslu mala çevik elementlərdən, məsələn iki qoşa trosdan ibarət olub,üzərinə dişlər bərkidilmiş silindrlərə quraşdırılmış işçi orqandan ibarətdir. Troslu mala əsasən aparıcı çərçivədən və hidrosilindirin vasitəsilə açılıb-yığılan çərçivələrdən, traktorun oxuna simmetrik ədəd işçi orqandan, dayaq təkərlərdən, yan cərcivələri birləşdirən barmaqdan malanı traktora birləşdirən düyümdəm ibarətdir. İşçi orqanların hüçum bucağı 40 dərəcə olduğuna ğörə sağ və sol tərəfdə quraşdırılmış işçi orqanlar bir-birinə paralel olmalıdır. Troslu mala işə başlamazdan əvvəl hidrosilindrlərin köməyi ilə nəqliyyat vəziyyətindən işçi vəziyyətinə gətirilir. Sağ və sol seksiyalar becərilən torpaq üzərinə endilir. Hər bir işçı orqannın dərinliyi dayaq təkərlərı vasitəsilə nizamlanır. Qurğunun irəli hərəkəti zamanı işçi orqanın üzərində olan polad dişlər qurğunun ağırlıq qüvvəsinin təsirindən torpağa girərək işçi orqanlarda fırlanma hərəkəti yaradır. Bu da torpağın becərilməsinə, səthin hamarlanmasına, alaq otlarının köklərini və torpaqda olan bitki qalıqlarını torpağın üzərinə cıxardaraq mulç təbəqəni yaradır. Troslu malanın texniki, istismar, aqrotexniki göstəricilərinin yüksək olması onun universal olmasını təmin edir.