“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə “Alimlər fermerlərin yanında” adlı layihəsi çərçivəsində taxıl yığımı ilə əlaqədər növbəti tədbiri Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatı dəstəyi ilə Azərbaycan Dövlət Maşın Sinaq Stansıyasında keçirilmişdir. Tədbirdə “Aqromexanika” ETİ-nun elmi işlər üzrə direktor müavini əvəzi Xudayar Məmmədov, baş konstruktor İsrail Məmmədov, “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının böyük elmi işçisi Hüseyn Qurbanov, Azərbaycan DMSS-nın direktoru Namiq Cəfərov, Samux DAİM-nin texniki nəzarətin təşkili üzrə baş məsləhətçisi Rais Nəsibov, taxılçılıqla məşğul olan fermerlər, kombaynçılar iştirak ediblər.
Tədbirin əvvəlində “Aqromexanika” ETİ-nun son illərdə hazırladıqları kiçik qabaritli qurğular, yeni layihələr – avtomatik idarə sisteminə malik olan yaşıl yem (hidroponik sistem) istehsal edən qurğu modeli, yeni “Troslu çevik mala” haqqında video çarx nümayiş olunmuşdur.
“Müasir taxılyığan kombaynlar” mövzusunda institutun “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının böyük elmi işçisi Hüseyn Qurbanov kombaynların quruluşu və nizamlanması, dən itkilərinin qarşısının alınması, texniki təhlükəsizlik qaydaları, innovativ texnologiyaların tətbiqi, o cümlədən, GPS sistemi ilə dəqiq yığım və s. haqqında ətraflı məlumat vermiş, dinləyiciləri maraqlandıran sualları cavablandırmişdır.
Tədbir iştirakçılarına “Müasir taxılyığan kombaynlar”, “Taxıl yığimı”, “Traktorlara texniki xidmətin formaları və dövriliyi”, “Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları” adlı tövsiyələr təqdim olunmuşdur.
Daha sonra “NEW HOLLAND TC4.90” markalı taxılyığan kombaynın ətrafinda diskusiya davam etdirilmiş, xatirə şəkli çəkilmişdir. Tədbir iştirakçıların böyük marağına səbəb olmuş və belə görüşlərin tez-tez keçirilməsini arzulamışlar.
Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də belə tədbir-lərin keçirilməsi nəzərdə tutulur. Tədbirdən görüntüləri diqqətinizə çatdırırıq.