“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin təşəbbüsü ilə “Alimlər fermerlərin yanında” adlı layihəsi çərçivəsində taxıl yığımı ilə əlaqədər növbəti tədbiri Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin təşkilatı dəstəyi ilə “Aqrolizinq” ASC-nin Goranboy Bolməsində keçirilmişdir. Tədbirdə “Aqromexanika” ETİ-nun elmi işlər üzrə direktor müavini əvəzi Xudayar Məmmədov, “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının böyük elmi işçisi Hüseyn Qurbanov, taxılçılıqla məşğul olan fermerlər, kombaynçılar iştirak ediblər.
Tədbirin əvvəlində “Aqromexanika” ETİ-nun son illərdə hazırladıqları kiçik qabaritli qurğular, yeni layihələr – avtomatik idarə sisteminə malik olan yaşıl yem (hidroponik sistem) istehsal edən qurğu modeli, yeni “Troslu çevik mala” haqqında video çarx nümayiş olunmuşdur.
“Müasir taxılyığan kombaynlar” mövzusunda institutun “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının böyük elml işçisi Hüseyn Qurbanov kombaynların quruluşu və nizamlanması, dən itkilərinin qarşısının alınması, texniki təhlükəsizlik qaydaları, innovativ texnologiyaların tətbiqi, o cümlədən, GPS sistemi ilə dəqiq yığım və s. haqqında ətraflı məlumat vermiş, dinləyiciləri maraqlandıran sualları cavablandırmişdır.
Daha sonra tədbir iştirakçılarına “Müasir taxılyığan kombaynlar”,“Taxıl yığimı”, “Traktorlara texniki xidmətin formaları və dövriliyi”, “Traktor və kənd təsərrüfatı maşınlarının saxlanması qaydaları” adlı tövsiyələr təqdim olunmuşdur.
Mövzu, “Aqromexanika” ETİ-nun son illərdə hazırladıqları kiçik qabaritli qurğular, əkinqabağı becərmədə istifadə olunan yeni “Troslu çevik mala” tədbir iştirakçılarınn böyük marağına səbəb olmuş, öz minnətdarlıqlarını bildirmiş, belə tədbirlərin tez-tez keçirilməsini arzulamışlar.
Layihə çərçivəsində mövsümə uyğun olaraq digər bölgələrdə də belə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Tədbirdən görüntüləri diqqətinizə çatdırırıq.