17 yanvar 2024-ci il

17 yanvar 2024-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

  1. 2023-ci il Elmi Şuranın işi haqqında hesabat.
  2. 2024-cü il üçün Elmi Şuranın iş planının və tərkibinin təsdiqi.
  3. 2024-cü il üçün institutun strukturunun və ştat cədvəlinin təsdiqi.
  4. 2024-2026 – cı illər üçün əhatəli mövzu planının müzakirəsi.
  5. 2024-cü il üçün institutun fəaliyyət planının müzakirəsi.
  6. Müxtəlif məsələlər.

Dinlənildi: direktor K.H. Fətəliyevin 2023-cü il Elmi Şuranın işi haqqında hesabatı, 2024-cü il üçün Elmi Şuranın iş planının və tərkibi haqqında məruzəsi. 2024-cü il institutun strukturu və ştat cədvəli haqqında şura üzvlərini məlumatlandırdı.

Dinlənildi: elmi işlər üzrə direktor müavini s.m.i.e. X.Ə. Məmmədovun institutun 2024-2026-cı  illər üzrə əhatəli mövzu planı haqqında məruzəsi.

Dinlənildi: direktor K.H. Fətəliyevin 2024-cü il Fəaliyyət Planı haqqında məruzəsi.

Elmi Şurada müvafiq qərarlar qəbul olundu.