24 oktyabr 2024-cü il

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının binasında “Bitkiçilik və heyvandarlıqda təbii resurslardan dayanıqlı istifadə” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.

Konfransda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov kənd təsərrüfatında təbii resursların səmərəli istifadəsinin müasir aqrar siyasətin əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, bu çağırışlara cavab vermək üçün dayanıqlı inkişafın vacibliyini diqqətə çatdırıb.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, Qərb bölgəsinin kənd təsərrüfatı potensialını vurğulayıb. O, bölgənin aqrar sektorda strateji əhəmiyyətə malik olduğunu və bu sahədə inkişaf üçün geniş imkanların mövcudluğunu qeyd edib.

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndəsi Nasar Hayat çıxış edərək, təbii resursların səmərəli idarə olunmasının qlobal əhəmiyyətini bildirərək, dayanıqlı kənd təsərrüfatının dünya miqyasında prioritet olduğunu bildirib.

Tədbirin sonunda Azərbaycan Dövlət Aqrar Universiteti və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı konfransda iştirak etmişdir. İnstitutun “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının müdiri t.f.d., dos. Nağıyev E.M., ADAU-nun fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, Zeynalov Afiq Marlen oğlu, “İqlim dəyişmələrinin dağ əkinçiliyinə təsirini azaltmaq yolları”, “Bitkiçiliyin mexanikləşdirilməsi” laboratoriyasının əməkdaşı, b.e.i. Qurbanov H.N. “İqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsirləri və bu təsirləri qarşılayan rəqəmsal texnologiyalar”, “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının müdiri b.e.i. Quliyev Z.V. “Müasir axın xətlərində istehsal olunmuş kərə yağının müqayisəli tədqiqatları”, “Heyvandarlıqda texnoloji proseslərin mexanikləşdirilməsi və avtomatlaşdırılması” laboratoriyasının əməkdaşları b.e.i. Qurbanova S.Z. “Kərəyağı istehsal xəttində təkmilləşdirilmiş texniki həllər təklifi”, Məmmədov A.C. “Ənənəvi kərə yağı və yağ istehsalı üçün avtomatlaşdırılmış və keyfiyyətə nəzarət sisteminin layihələndirilməsi və inkişafı”, “Bitki mühafizəsində innovativ texnologiyalar” laboratoriyasının müdiri t.e.d., prof. Babayev Ş.M., laboratoriyanın əməkdaşları e.i. İsgəndərov İ.Ə., e.i. Əliyev H.Z.,  e.i. Abdullayev R.R. “Pambığın səpin materialı istehsalı üçün innovativ texnologiya və texniki vasitələrin işlənməsi və tədqiqi”, “Kənd təsərrüfatı məhsullarının emalı” laboratoriyasının müdiri t.f.d., dos. Hacıyev İ.M., laboratoriyanın əməkdaşları Həsənov Ü.R.,  t.f.d., dos. Mehdiyev M.P. “Dənli və dənli-paxlalı bitkilərin məhsulunu termiki emal edən qurğunun optimal iş rejimlərinin və parametrlərinin təyini” adlı məqalələrlə bölmə iclaslarında məruzə ilə çıxış etmişlər.

Sonda məruzəçilərə sertifikatlar təqdim olunmuşdur.