24-25 sentyabr 2024-cü il tarixlərində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda COP 29-a dəstək məqsədilə “Qlobal iqlim dəyişkənliyi şəraitində bitkilərin zərərverən orqanizmləri və onların idarə edilməsi” mövzusunda Respublika elmi-praktik konfransı keçirilib.
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı konfransda iştirak etmişdir. “Bitki mühafizəsində innovativ texnologiyalar” laboratoriyasının müdiri t.e.d., professor Şahlar Babayev “Aqrar sektorun ekoloji problemlərinin həll olunmasında mühəndislik elminin rolu”, “Örtülü torpaqlarda istehsal proseslərinin avtomatlaşdırılması” laboratoriyasının müdiri t.f.d. Hadı Bağırov “Pambığın səpin materialı istehsalında ətraf mühitin qorunması üçün innovativ texnologiyanın işlənməsi”, “Bitki mühafizəsində innovativ texnologiyalar” laboratoriyasının elmi işçisi İlham İsgəndərov “Kimyəvi bitki mühafizə vasitələrinin lokal tətbiqi üçün texniki vasitələrin nəzəri tədqiqi” adlı məqalələrlə bölmə iclaslarında məruzə ilə çıxış etmişlər.
Sonda məruzəçilərə sertifikatlar təqdim olunmuşdur.