ADAU-nun təşkilatçılığı ilə 07 may 2025-ci il tarixində “Elmin İnkişafı Forumu – 2025” keçirilib.
Forumun əsas məqsədi Azərbaycanın elmi potensialını, çağdaş tədqiqat istiqamətlərini və milli elmi siyasətin inkişaf yolunu müzakirə platformasında bir araya gətirməkdir.
Universitetin rektoru Zəfər Qurbanov çıxışı zamanı forumun əsas məqsədi ali təhsil müəssisələrinin elmi fəaliyyətlərdə artan rolunu, universitet-tədqiqat birliyini və gənc alimlərin elmi prosesə daha fəal cəlb olunmasını diqqətə çatdırıb.
Sonra ADAU-nun Elm şöbəsinin müdiri Elçin Nəsirovun moderatorluğu və Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov və Ege Universitetinin professoru Mustafa Özgür Tatarın iştirakı ilə “Milli elmi siyasət: Ali təhsil və elmi tədqiqat” mövzusunda panel müzakirə keçirilib.
“Aqromexanika” Elmi-Tədqiqat İnstitutunun bir qrup əməkdaşı forumda iştirak etmişdir.