17 yanvar 2025-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) və Lənkəran Regional Elmi Mərkəzinin (LREM) 2024-cü il üzrə illik hesabatına həsr olunmuş iclası keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Mübariz Hacıbəyov, eləcə də Səhiyyə, Kənd təsərrüfatı nazirliklərinin, digər dövlət orqanlarının tabeliyində fəaliyyət göstərən müvafiq elmi müəssisələrin, ali təhsil ocaqlarının nümayəndələri və aidiyyəti şəxslər iştirak ediblər.
Tədbirdə “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu 2024-cü ildə əldə olunan mühüm elmi nəticələrini nümayiş etdirmişdir.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq: