14 iyul 2023-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlik məsələlər:
- İnstitutun dissertanti İlham Vüqar oğlu Xasməmmədlinin 3102.01 “Aqromühəndislik” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Seleksiya məqsədi üçün titrəyişdoğrucu mexanizmin tətbiqi ilə toxumluq qarğıdalı seçmə texnologiyasının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi.
- Müxtəlif məsələlər.
- Dinlənildi:
İnstitutun dissertanti İlham Vüqar oğlu Xasməmmədlinin “Seleksiya məqsədi üçün titrəyişdoğrucu mexanizmin tətbiqi ilə toxumluq qarğıdalı seçmə texnologiyasının təkmilləşdirilməsi” (3102.01 “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işi və ilkin müzakirəsi.
Dissertasiya işinin elmi rəhbəri : t.e.d., professor B.M.Bağırov
Dissertasiya işinə rəy verənlər:
– t.f.d., dosent E.A.Paşayev.
– t.f.d., dosent S.F.Sadıxov.
Qərar:
Dissertant İlham Vüqar oğlu Xasməmmədlinin “Seleksiya məqsədi üçün titrəyişdoğrucu mexanizmin tətbiqi ilə toxumluq qarğıdalı seçmə texnologiyasının təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin göstərilən iradları aradan qaldırılmaqla Azərbaycan Dövlət Aqrar Universitetin nəzdində olan F.D 2.26 Dissertasiya Şurasında müdafiəsi məqsədə uyğun hesab edilsin.