23 noyabr 2023-cü il

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Tovuz rayonu ”Tovuz Aqrokompleks” MMC-nin ərazisində növbəti Aqrar İnnovasiya Festivalı keçirilib.

Festivalda Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aydın Hüseynov, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Göygöl, Samux rayonlarının DAİM rəhbərləri, elmi-tədqiqat institutlari, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, həmçinin nazirliyin və digər dövlət qurumlarının mütəxəssisləri, ətraf bölgələrin fermerləri, dövlət və özəl istehsalçılar, aqropark və ictimaiyyət nümayəndəiərı, eləcədə rayon sakinləri iştirak edib. Festivalda kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən texnologiya və məhsullar sərgilənib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları və digər dövlət qurumlarının mütəxəssisləri, aqrar sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri tərəfindən fermerlər üçün ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri, aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, “ağıllı” kənd təsərrüfatı sistemləri, kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumatlar verilib.

Festivalın ənənəsinə uyğun olaraq kənd təsərrüfatı məhsullarının sərgi və nümayişi ilə yanaşı sahənin prioritet mövzularına dair fermerlərin maarifləndirilməsi istiqamətində təlim keçirilib.

Tovuz Aqrar İnnovasiya Festivalında “Aqromexanika” Elmi-Tədqiqat İnstitutuda iştirak etmişdir. İnstitutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli” və s. haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilmişdir. Festifalda ilk dəfə “Badamı qərzəkdən təmizləyən maşın” nümayiş olunmuşdur.

Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Fermerləri maraqlanqıran suallar cavablandırıldı, müvafiq məsləhət və tövsiyələr verilərək onlara tövsiyələr və bukletlər təqdim olunmuşdur.

Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq: