29 dekabr 2023-ci il

29 dekabr 2023-ci il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.

GÜNDƏLİK MƏSƏLƏLƏR:

1.İnstitutun 2021-2023-cü illər üzrə elmi – tədqiqat işlərinin yekun hesabatlarının müzakirəsi.
2. Müxtəlif məsələlər.

Elmi Şuranın sədri, K. H. Fətəliyev yetər say olduğunu bildirərək iclası açıq elan etdi. Sonra gündəlikdə duran məsələlərlə elmi şura üzvlərini tanış etdi. Bildirdi ki, institutda 2021- 2023- cü illər üzrə aparılan elmi – tədqiqat işləri başa çatmışdır. Bu gün bu işlərin yekun hesabatlarının müzakirəsinə başlayırıq. Mövzu rəhbərləri apardıqları elmi-tədqiqat işləri haqqında məlumat verəcəklər.

DİNLƏNİLDİ: Çıxış edən mövzu rəhbərləri: t.f.d., dos. E.M.Nağıyev, t.f.d., dos. S.Y.Sadıxov, t.f.d., dos. Paşayev E.A., t.f.d. Bağırov H.S., t.f.d., dos. İ.E.Hacıyev, b.e.i. Z.V.Quliyev, b.e.i.Məmmədov X.Ə. elmi mövzulara dair yekun hesabat haqqında məlumat verdilər.

Elmi Şurada müvafiq qərarlar qəbul olundu.