20 dekabr 2023-cü il

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin (AİM) birgə təşkilatçılığı ilə Gəncədə “Aqrar İnnovasiya və Startaplar Forumu” keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Forumun keçirilməsində məqsəd aqrar innovasiyaların fermerlər, sahibkarlar və gənclər arasında təbliği və təşviqi, regionlarda aqrar startapların inkişafı, rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar sahədə məhsuldarlığın yüksəldilməsinə dəstək olmaqdır.

“Aqrar Startaplar Forumu”nda “Aqromexanika” Elmi-Tədqiqat İnstitutu yeni innovativ maşın və qurğuları ilə təmsil olunmuşdur. Forumdan foto və video görüntüləri nəzərinizə çatdırırıq: