31 may 2023-ci il

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 15-ci “Karyera Sərgisi-2023” keçirilib. Tədbirin açılış mərasimində çıxış edən ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov hər il ənənəvi olaraq keçirilən karyera sərgilərinin əhəmiyyətindən danışıb, məzun olan tələbələrə uğurlar arzu edib. O bildirib ki, sərgidə 75-dən çox təşkilat və şirkət tərəfindən 800-dən çox vakant yer təqdim olunub.“Məzun günü” yarmarkasında “Aqromexanika” ETİ-da iştirak etmişdir.

İnstitutun direktoru Kamil Fətəliyev institutda kəndli-fermer təsərrüfatları üçün ixtira səviyyəsində hazırlanaraq satışa çıxarılmış müxtəlif kiçik qabaritli maşınlarla yanaşı, ilkin təcrübi nümunələri hazırlanmış innovativ qurğular: “Buzovların yemləndirilməsi üçün üzlü südəvəzedici hazırlayan qurğu”, “İpəkqurdu yumurtasının inkubasiya qurğusu”, “Yüksək zülal tərkibli yem (soya südü) hazırlayan qurğu”, “Universal yemxırdalayan qurğu”, “Yaşıl yem yetişdirmək üçün qurğu”, “Modul tipli istixananın işlək imitasiya modeli”, “Dərman preparatları, ozonlaşdırılmış su çiləyicili məsafədən idarə olunan qoşqulu traktor modeli” və “Tut yarpağınını doğrayan qurğu” , “Ozonator qurğusu” ,institutda son illər alınmış patentlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Nümayiş olunan innovativ qurğular tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur. Sonda sərgidə iştirak edən institutun əməkdaşları xatirə şəkli çəkdirmişlər.
Tədbirdən foto görüntüləri diqqətinizə çatdırırıq.