06 iyun 2023-cü il tarixdə institutun Elmi Şurasının növbəti iclası keçirilmişdir.
Gündəlik məsələlər:
1. İnstitutun qiyabi doktorantı Emil Fikrət oğlu Ağayevin 3102.01 “Aqromühəndislik” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Fermer təsərrüfatları üçün tamrasionlu yem hazırlama texnologiyası və texniki vasitələrin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi.
2. Müxtəlif məsələlər
1. Dinlənildi:
İnstitutun qiyabi doktorantı Emil Fikrət oğlu Ağayevin “Fermer təsərrüfatları üçün tamrasionlu yem hazırlama texnologiyası və texniki vasitələrin təkmilləşdirilməsi” (3102.01 “Aqromühəndislik” ixtisası) mövzusunda dissertasiya işi müzakirə olundu.
Dissertasiya işinin elmi rəhbəri : t.e.d., professor B.M.Bağırov
Dissertasiya işinə rəy verənlər:
– t.f.d., dosent E.M.Nağıyev
– t.f.d., F.F.Səddinov
Qərar:
Qiyabi doktorant Emil Fikrət oğlu Ağayevin “Fermer təsərrüfatları üçün tamrasionlu yem hazırlama texnologiyası və texniki vasitələrin təkmilləşdirilməsi” mövzusunda dissertasiya işinin göstərilən iradları aradan qaldırılmaqla Aqrar Universitetin nəzdində olan F.D 2.26 Dissertasiya Şurasında müdafiəsi məqsədə uyğun hesab edilsin.