03 İyun 2016

İnstitutun  doktorantı Zingirov Əli Söyün oğlunun “Dənəvər yem və yem əlavələrinin yem üçün hazırlanması texnologiyasının və maşının işlənilməsi” mövzusu üzrə dissertasiya işinin Elmi Şurada müzakirəsi olmuşdur. Müzakirənin nəticəsi olaraq dissertasiya işinin ixtisaslaşmış Elmi Şurada texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün müzakirəyə təqdim olunması tövsiyyə edilmişdir.

Daha ətraflı »

01 İyun 2016

İmişli rayonunda taxıl yığımının başlanılması  ilə əlaqədar olaraq Respublika Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil olunmuş ümumrespublika müşavirəsi keçirilmişdir. Müşavirədə institutun əməkdaşlarından elmi işlər üzrə direktorun müavini dosent Novruz Nuriyev və böyük elmi işçi Arzu Kərimov iştirak etmişdir.

Daha ətraflı »

22 May 2016

Azərbaycan Texnologiya Universitetinin dosenti Məlikov Əhməd Qulu oğlunun “Azərbaycanın milli unlu məmulatları istehsalında  texnoloji proseslərin intensivləşdirilməsi “ mövzusu üzrə texnika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin aparıcı müəssisə kimi institutun Elmi Şurasında müzakirəsi keçirilmişdir. Müzakirənin nəticəsi olaraq dissertasiya işi müsbət qiymətləndirilmiş və iddiaçının texnika elmləri doktoru elmi dərəcəsi almağa layiq olduğu haqqda yekun qərara  gəlinmişdir.

Daha ətraflı »

21 aprel 2016

Gəncə Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin əkin sahəsində institutda təcrübi nümunəsi hazırlanmış 4 gövdəli kombinəedilmiş kotanın sınağı aparılmışdır. Kotan “Belorus” MTZ 892 markalı traktorla aqreqatlaşaraq şum əməliyyatı aparmaqla eyni vaxtda tələb olunan norma üzrə mineral gübrə də ( azot, fosfor, kalium) səpir. Sınağın nəticələri qarşıya qoyulan tələbatı təmin etmişdir. Sınaqda dos. N.Nuriyev, dos. K.Yaqubov, dos. E.Nağıyev, baş konstruktor …

Daha ətraflı »

18 mart 2016

İnstitutun və şəhərin ictimai-siyasi hərəkətində fəal iştirak etdiklərinə görə   8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə institutun aparıcı konstruktoru Ramazanova Çiçək Allahqulu qızı, “Novruz” bayramı münasibəti ilə isə “Emal maşınları” şöbəsinin müdiri, dosent Hacıyev İlqar Müzəffər oğlu Gəncə şəhər    İH-nin başçısı cənab Elmar Vəliyev tərəfindən fəxri fərmanlarla təltif olunmuşlar.

Daha ətraflı »

24 fevral 2016-cı il

24 fevral 2016-cı il tarixdə Gəncə Regional TV-nin əməkdaşları institutda ixtira səviyyəsində son vaxtlar hazırlanmış və əsasən kəndli-fermer təsərrüfatları üçün nəzərdə tutulan bir sıra maşınların, o cümlədən quru qaba yemləri doğrayan, qarğıdalı qıcasından dənləri ayıran, onu xırdalayan və mexaniki nəhrənin işlək vəziyyətdə çəkilişlərini aparmış, öz saytlarında yerləşdirərək region tamaşaçılarına nümayiş etdirmişlər.

Daha ətraflı »

16 fevral 2016-cı il

16 fevral 2016-cı il tarixdə Az. “Neft-qazmas” ASC-nin baş direktoru texniki elmlər doktoru Vahid Hacıyev və Akkord Steel Construktion Company MMC-nin direktoru Mustafa Məmmədov institutda olmuşlar. Onlar ixtira səviyyəsində təcrübi nümunəsi institutda hazırlanmış bir sıra kənd təsərrüfatı maşınları, onların iş prinsipi və səmərəliliyi ilə tanış olduqdan sonra gələcəkdə kənd təssərüfatı nazirliyi ilə razılıq əsasında həmin maşınların partiya şəklində ölkəmizdə istehsalı …

Daha ətraflı »

18 yanvar 2016

18 yanvar 2016-cı il tarixdə institutda Qanlı 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirildi. Tədbiri giriş sözü ilə açan institutun direktoru Kamil Fətəliyev faciənin baş vermə səbəblərini, dəhşətli və son nəticələri qısa şəkildə şərh edərək, 20 yanvar hadisələrindən bəhs edən videoçarxı nümayiş etdirdi. Daha sonra institutun elmi işlər üzrə direktor müavini Novruz Nuriyev “20 Yanvar faciəsi xalqın qan yaddaşıdır” mövzusu …

Daha ətraflı »

07 yanvar 2016

07 yanvar 2016-cı ildə institutun Elmi Şurasının ilk iclası oldu. İclasın gündəliyində aşağıdakı məsələlər müzakirə olundu. İnstitutun Elmi Şurasının tərkibinin və 2016-cı il üçün iş planının təsdiqi. İnstitutun 2016-cı il üçün struktur və ştat cədvəlinin təsdiqi. Müxtəlif məsələlər.

Daha ətraflı »

30 dekabr 2015

30 dekabr 2015-ci il tarixdə institutda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramları münasibətilə institutda iclas oldu. İclasda İnstitutun direktoru Kamil Fətəliyev Bayramlar münasibətilə əməkdaşları təbrik etdi, görülmüş işləri, əldə edilən uğurları və Yeni ildə qarşıya qoyulan vəzifələri iclas iştirakçılarının nəzərinə çatdırdı.

Daha ətraflı »