İnstitutun Böyük Elmi Şurasında dissertant Məmmədov Azər İsmayıl oğlunun “Qarğıdalı qıcasının toxumluq dən almaq üçün işləmə texnologiyasının və qurğusunun təkmilləşdirilməsi” mövzusu üzrə (rəhbər prof.Q.Məmmədov) dissertasiya işinin müzakirəsi keçirildi.
Dissertasiya işinə laboratoriya müdirləri dos.S.Sadıxov və dos.E.Nağıyev bir sıra iradlarla yanaşı, son nəticədə müsbət rəyini bildirdilər.
Müzakirədən sonra yekun qərar olaraq dis.Məmmədov Azər İsmayıl oğlunun dissertasiya işi texnika üzrə fəlsəfə doktoru elmi dərəcə almaq üçün ixtisaslaşdırılmış Müdafiə Şurasına təqdim olunması məqsədə uyğun hesab edildi.