İnstitutun Böyük Elmi Şurasında dissertant Məmmədova Südabə Oktay qızının “Qaba yemlərin qidalılığının fiziki-kimyəvi üsulla yaxşılaşdırma texnologiyası və qurğusunun təkmilləşdirilməsi” mövzusu üzrə dissertasiya işinin müzakirəsi keçirildi. (Elmi rəhbər t.e.d., prof. Bayram Bağırov).
Müzakirənin nəticəsi olaraq Məmmədova Südabə Oktay qızının yerinə yetirdiyi dissertasiya işi müsbət qiymətləndirildi və işə 3102.01 – “Aqromühəndislik” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün ixtisaslaşdırılmış Elmi Şurada baxılması haqda qərar qəbul edildi.