“Gəncə marafonu – 2017”– də institutumuzun “Bağçılığın mexanikləşdirilməsi” laboratoriyasının müdiri 72 yaşlı texnika üzrə fəlsəfə doktoru, dosent Elbrus Paşayev də iştirak etmişdir.
Yaş həddinin çoxluğuna baxmayaraq Elbrus Paşayev nəzərdə tutulan 17 km məsafəni bir qrup gənclə birgə bir saat 50 dəqiqəyə qət edərək nümunə göstərmişdir. Təbrik edirik! Onu da qeyd etmək lazımdır ki, dosent Elbrus Paşayev müxtəlif vaxtlarda 3 dəfə Qoşqar dağının, 2 dəfə isə Baba dağının zirvəsinə qalxmışdır.
2011– ci il “Baba” dağı.
2003– cü il “Qoşqar” dağı.
Elmi Tədqiqat Aqromexanika İnstitutunun direktoru K.H.Fətəliyevin göstərişi ilə www.aeti.az saytına yüklənilsin.