30 dekabr 2015

30 dekabr 2015-ci il tarixdə institutda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramları münasibətilə institutda iclas oldu. İclasda İnstitutun direktoru Kamil Fətəliyev Bayramlar münasibətilə əməkdaşları təbrik etdi, görülmüş işləri, əldə edilən uğurları və Yeni ildə qarşıya qoyulan vəzifələri iclas iştirakçılarının nəzərinə çatdırdı.

Daha ətraflı »

28 dekabr 2015

28 dekabr 2015-ci il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi Şurası keçirildi. Elmi Şurada Şuranın sədri prof. İ.Cəfərov əvvəllər Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Elmi-Tədqiqat Aqromexanika İnstitutunun Nazirlər Kabinetinin 17 aprel 2015-ci il tarixli 119 nömrəli qərarı və Kənd Təsərrüfatı Nazirliyinin 20 noyabr 2015-ci il tarixli 119 nömrəli əmri ilə öz hüquqi varisliyini saxlamaqla adı …

Daha ətraflı »

23-25 noyabr 2015

23-25 noyabr 2015-ci il tarixdə Bakı şəhərində Kənd Təsərrüfatı Nazirliyi ilə birgə Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi aləti tərəfindən təşkil olunmuş “Dəyərli zəncirin inkişafında aqroservis xidmətlərinin rolu” mövzusunda TAİEX seminarı keçirilmişdir. Seminarın məqsədi: Aqroservis müəssisələrinin səmərəliliyinin artırılması, habelə kiçik və orta həcmli fermer təsərrüfatlarında xidmət tariflərinin azaldılması üçün Avropa İttifaqı ölkələrinin qabaqcıl təcrübəsinin öyrənilməsi olmuşdur.

Daha ətraflı »