Şirvan şəhərində “Aqrolizinq “ ASC-nin texniki təchizat bazasında son zamanlar ölkəmizə gətirilmiş müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarına baxış keçirilmişdir. Həmin sərgidə institutumuzun Bakı şəhəri Kaspi – Yıldız zavodu ilə birgə hazırladığı kəndli-fermer təsərrüfatları üçün nəzərdə tutulan kiçik qabaritli qurğular da ( qarğıdalı dənini qıcadan ayıran, dənli yemləri xırdalayan, quru ot doğrayan və qozu qərzəkdən təmizləyən ) nümayiş olunmuşdur. Sərgidə Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədov, “Aqrolizinq” ASC-nin sədri cənab Elşən Məmmədov, nazirliyin və “Aqrolizinq” ASC-nin məsul şəxsləri və eləcə də ətraf rayonların kənd təsərrüfatı mütəxəssisləri, fermerlər və mexanizatorlar iştirak etmişdir. Sərgidə institutu baş konstruktor İsrail Məmmədov təmsil etmişdir. İnstitut tərəfindən hazırlanmış qurğular sərgi iştirakçılarının böyük marağına səbəb olmuş, cənab nazir Heydər Əsədov əlavə məsləhətlərini vermiş və həmin qurğular satışa çıxarılmışdır.