İnstitutun Elmi Şurasının növbəti iclası keçirildi. İclasda “Xalq qəzetində” verilmiş elana əsasən (15 dekabr 2016-cı il) AMEA-nın həqiqi və müxbir üzvlərinin vakant yerlərinə seçkilərin keçirilməsi barədə Gəncə Dövlət Universitetinin Elmi Şurası “Botanika” kafedrasının müdiri, biologiya elmləri doktoru, professor Vaqif Seyfəddin oğlu Novruzovun Gəncə bölməsinin “Botanika” ixtisası üzrə irəli sürülmüş namizədliyinin dəstəklənməsi məsələsinə baxıldı. Prof. V.S.Novruzovun AMEA-nın müxbir üzvlüyünə irəli sürülmüş namizədliyi bəyənilərək dəstəkləndi.