05 Sentyabr 2017-ci il

Artıq İnstitutda ixtira səviyyəsində patentləri alınmış, kəndli–fermer təsərrüfatları üçün təcrübi nümunələri hazırlanmış və məişət gərginliyi (220V) ilə işləyən 4 (dörd) ədəd kiçik qabaritli, az enerji sərf edən : universal dənli (qüvvəli) yemləri xırdalayan, quru ot doğrayan, qarğıdalı dənini qıçadan ayıran və qozu qərzəkdən təmizləyən və yuyan maşın Respublika Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə “Kaspi–Yıldız” zavodu (Bakı ş.) tərəfindən müəyyən partiya şəklində hazırlanaraq “Aqrolizinq” ASC xətti ilə Ucar, Şirvan və Gəncə Təchizat Bazarlarında aşağıdakı qiymətlərlə satışa çıxarılmışdır:

  1. Universal dənli (qüvvəli)yemləri xırdalayan maşın – 780 man
  2. Quru ot doğrayan maşın – 740 man
  3. Qarğıdalı dənini qıçadan ayıran maşın – 640 man
  4. Qozu qərzəkdən təmizləyən və yuyan maşın – 610 man

Dənli (qüvvəli ) yemlərin xırdalanması ilə heyvan onu yaxşı həzm edir, məhsuldarlığı artır. Digər maşınların təbiqi isə əl əməyini yüngülləşdirərək növbə ərzində 10-12 fəhlənin işini görür.Saatlıq məhsuldarlıqları 200-300 kq-dır.

Maşınlar iqtisadi cəhətdən səmərəli olmaqla bir il müddətinə özlərini ödəmə qabiliyyətinə malikdirlər.
Quruluşca sadə, istismarı asandır. Maraqlananlar “Aqrolizinq” ASC-nə (Bakı şəh.) müraciət edə bilərlər.

Əlaqə tel. 050 4412536.

Maşınların işləmə prinsipi ilə saytımızın (www.aeti.az) video çarxlarında tanış ola bilərsiniz (Paylaşın).