İnstitutda Elmi Şuranın növbəti iclası oldu. İclasda ” Heyvandarlıq” Elmi-Tədqiqat İnstitutunun direktor müavini-Arıcılıq Mərkəzinin rəisi aqrar elmlər doktoru, professor Allahverdi Kamil oğlu Seydovun “ Aqrar elmlər ” ixtisası üzrə AMEA-nın müxbir üzvlüyünə namizədliyi dəstəkləndi, 2017-ci ildə institutun doktorantura və dissertanturasına qəbul olanların elmi mövzüları və elmi rəhbərləri, həmçinin növbəti il üçün mövzu planı ilə əlaqədar ayrı-ayrı mövzular üzrə laboratoriya rəhbərlərinin görəcəyi işlər, proqram və metodikalar müzakirə edilərək, müəyyən iradlar nəzərə alınmaqla təsdiq olundu.